Portfel bir investorun sahib olduğu bütün maliyyə aktivlərinin məcmusudur. Səhmlər, istiqrazlar, ETF-lər, nağd pul, daşınmaz əmlak, kriptovalyuta - bunların hamısı birlikdə sənin investisiya portfelini təşkil edir.
Yaxşı portfelin əsas xüsusiyyətləri bunlardır: Diversifikasiya olmalıdır, yəni müxtəlif aktiv növləri olmalıdır. Risk səviyyən və yaşına uyğun olmalıdır. Sadə və anlaşılan olmalıdır.
Portfelin ən sadə modeli "3-fond portfeli"dir: ABŞ səhmləri (VTI), beynəlxalq səhmlər (VXUS), ABŞ istiqrazları (BND). Bu üç fondla bütün dünya bazarını əhatə edə bilərsən.
Yaşa görə portfel bölgüsünün ən sadə qaydası belədir: "110-yaş = səhm faizi". 25 yaşındasan, portfelinin 85%-i səhm, 15%-i istiqraz olsun. 50 yaşındasan, 60% səhm, 40% istiqraz.
Portfeli vaxtaşırı yenidən balanslaşdırmaq lazımdır. Əgər səhmlər çox artıbsa və portfelin 90% səhm olubsa, bir hissəsini satıb istiqraz almaq lazımdır ki, hədəf bölgüyə qayıdasan. Buna rebalancing deyilir.